“Abituriyent” jurnalının xüsusi buraxılışı olan vəsaitlər çapdan çıxıb

“Abituriyent” jurnalının xüsusi buraxılışı olan vəsaitlər çapdan çıxıb Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olunmaq istəyənlər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı olan vəsaitləri çap etdirib.
Vəsaitlərdə xüsusi qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası, onların hansı ali təhsil müəssisələrində olması haqqında məlumatlar, qabiliyyət imtahanı proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, tapşırıq nümunələri, reproduksiyalar, normativlər, bir sözlə, xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin imtahana səmərəli hazırlaşmaları üçün vacib materiallar əksini tapıb.
Xüsusi qabiliyyət tələb edən ixtisaslara dair materiallar istiqamətlərinə uyğun olaraq beş kitabçada təqdim edilib:
1. Təsviri sənət
2. Musiqi sənəti
3. Memarlıq və dizayn
4. Teatr, kino və xoreoqrafiya sənətləri
5. Bədən tərbiyəsi və idman
Vəsaitlərdə, həmçinin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə proqramlar, qiymətləndirmə meyarları və tövsiyələr də verilib.
Vəsaitləri DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m; Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28. ünvanlarındakı binalarında “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər