Abituriyentlərin ixtisas seçimində son gün

Abituriyentlərin ixtisas seçimində son gün Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Tehsil-press.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi davam edir.
10 avqust saat 11:30-a olan məlumata görə 37700 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 640 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib.
V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də elektron ərizələrinə daxil olub ixtisas seçimini həyata keçirməlidirlər.
Xatırladaq ki, ixtisas seçimi bu gün saat 23:59-da başa çatır. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər