“Magistr” xüsusi buraxılışının birinci nömrəsi çapdan çıxıb

“Magistr” xüsusi buraxılışının birinci nömrəsi çapdan çıxıb Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsi nəşr etdirilib.

DİM-dən Təhsil-press.az-a bildiriblər ki, xüsusi buraxılışda ölkəmizin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələri Azərbaycan və rus dillərində çap edilib.
Xüsusi buraxılışı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar: Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m; Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.

Təhsil-press.az

Oxşar xəbərlər