Dövlət İmtahan Mərkəzi abituriyentlərin ixtisas seçiminə kömək üçün kitabçalar nəşr etdirib

Dövlət İmtahan Mərkəzi abituriyentlərin ixtisas seçiminə kömək üçün kitabçalar nəşr etdirib Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) II və III ixtisas qruplarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr etdirilib.
“Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar yer alıb.
I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar ali təhsil müəssisələrinə iyulun 22-də keçiriləcək qəbul imtahanın nəticələri elan edildikdən sonra çap olunacaq.
Kitabçaları Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi,28; Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər