ABŞ-da həbs olunan azərbaycanlılarla bağlı rəsmi - Açıqlama

ABŞ-da həbs olunan azərbaycanlılarla bağlı rəsmi - Açıqlama ABŞ-da həbs olunan şəxslər Azərbaycan vətəndaşlarıdır.
XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib: "ABŞ-ın hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinə bu barədə məlumat verilib. Səfirliyin konsulluq xidməti sözügedən şəxslərlə görüşmək üçün ABŞ-ın hüquq-mühafizə orqanları ilə təmasdadır".
Qeyd edək ki, ABŞ-da Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna, Latviya, eləcə də Azərbaycan vətəndaşlarından ibarət cinayətkar qrup saxlanılıb. Dəstə üzvləri dələduzluqda və 4,5 milyon dollar həcmində çirkli pulları yumaqda ittiham olunur.

Tehsil-press.az

Oxşar xəbərlər