
XİN rəsmisi bildirib ki, Qarabağda 400-ə yaxın PKK terrorçusunun yerləşdirilməsi məsələsi KİV-də gedən məlumat idi.
“Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində müxtəlif təxribatçı fəaliyyətlər həyata keçirilir. Qeyd olunan məlumat da mətbuatda yayılmışdı. Hələ ki həmin məsələyə XİN-də baxılır”.
Xatırladaq ki, Türkiyə mətbuatı cəbhədə artan gərginlik zamanı 400-ə yaxın PKK terrorçusunun Qarabağ ərazisinə yerləşdirilməsi barədə məlumat yayıb. İnformasiyalarda PKK yaraqlılarının Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Cəbrayıl, Zəngilan və Füzulidəki erməni mövqelərinə səpələndikləri qeyd edilib. (Modern.az)
tehsil-press.az