Sabahdan azərbaycanlı zəvvarlar həccə gedir

Sabahdan azərbaycanlı zəvvarlar həccə gedir Sabahdan azərbaycanlı zəvvarların Həcc ziyarəti başlayacaq. Belə ki, bu il zəvvarlarımız Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə avqustun 11-15-i yola düşəcək, sentyabrın 1-5-i isə geri dönəcəklər.
Bəs bu il nə qədər zəvvar Həcc ziyarətinə yola düşəcək?
Qafqaz Müsəlmanları İdarəsinin Həcc şöbəsindən Modern.az saytına verilən məlumata görə, Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota dolub: “Bu il Həcc ziyarətinə 1440 nəfər gedəcək”.
Qeyd edək ki, builki zəvvarların sayı ötən illə müqayisədə çoxdur. 2017-ci ildə 900 , 2016-cı ildə isə 1040 azərbaycanlı zəvvar ziyarətə getmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər