Zəvvarlarımız yola düşür

Zəvvarlarımız yola düşür Bu gün azərbaycanlı zəvvarlar Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına yola düşürlər.

Tehsil-press.az-ın məlumatına görə, zəvvarlar sentyabrın 4-dək hər gün iki təyyarə reysi ilə yola salınacaqlar. Zəvvarların sentyabrın 19-dan başlayaraq ölkəyə geri dönməsi nəzərdə tutulub. Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1050 zəvvar yola düşür. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu aprelin 1-dən başlayıb və avqustun 22-də başa çatıb.


Tehsil-press.az

Oxşar xəbərlər