Düşmənə 3 istiqamətdə ZƏRBƏ HAZIRLANIR – 5 günlük müharibə XƏBƏRDARLIĞI

Düşmənə 3 istiqamətdə ZƏRBƏ HAZIRLANIR – 5 günlük müharibə XƏBƏRDARLIĞI Ukraynanın şərqində yaradılmış “Donetsk Xalq Respublikası” separatçı rejimin “operativ komandanlığının komandan müavini” Eduard Basurin “Russian Today” telekanalına təmasın xəttindəki vəziyyətdən danışıb.
Basurin Ukrayna ordusunun üç istiqamətdə zərbə hazırladığını iddia edib.
“Cənubda Şirokin və Kominternov istiqamətlərində iki paralel zərbə hazırlanır. 128-ci xüsusi dağlıq-piyada briqadası isə Telmanov ərazisinə gətirilib”, - “DXR”-in nümayəndəsi vurğulayıb.
Separatçıların nümayəndəsi iddia edib ki, əməliyyat 5 gün təşkil etməlidir.
“Əməliyyat planları ifşa olunduğu üçün Kiyevin əməliyyatı ləğv edəcəyi istisna edilmir. Ancaq buna yüzfaizli zəmanət yoxdur”, - o deyib.
Qeyd edək ki, bu həftənin əvvəlində “DXR”-in nümayəndələri Kiyev tərəfindən hazırlanan hücum əməliyyatı haqqında danışıblar. Basurin bildirib ki, birləşmələr və hərbi hissələrin ümumi sayı 12 min nəfəri ötür. Separatçı qurum hesab edir ki, Ukrayna ordusunun əməliyyatının nəticəsi Rusiya ilə sərhədə çıxış olmalıdır.

Tehsil-press.az

Oxşar xəbərlər