Putinlə Merkel arasında telefon danışığı olub

Putinlə Merkel arasında telefon danışığı olub Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkellə Ukrayna münaqişəsini müzakirə edib.

Tehsil-press.az xəbər verir ki, bu barədə aprelin 20-də Kreml məlumat yayıb. Ukrayna ordusu bundan əvvəl ölkənin şərqində 3 əsgərinin həlak olması barədə məlumat yaymışdı. Ordu sözçüsü Andrey Lısenkonun sözlərinə görə rusiyapərəst separatçılar Kiyevin nəzarətində olan Mayorsk qəsəbəsini minaatanlardan atəşə tutublar. O həmçinin 5 əsgərin yaralandığını bildirir. 2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 9 mindən çox adam ölüb.

tehsil-press.az

Oxşar xəbərlər