Azərbaycan İsraildən hansı silahları alıb? - Sinitsin açıqladı

Azərbaycan İsraildən hansı silahları alıb? - Sinitsin açıqladı İsrail dünya silah bazarında Azərbaycanın birinci tərəfdaşıdır. Azərbaycan İsraildən daha çox silah almağı planlaşdırır. İki ölkənin Bakıda birgə istehsal etdikləri Pilotsuz Uçan Aparatlar (PUA) buna nümunədir.
Bunu Amerika-Azərbaycan Fondunun baş mütəxssisi Aleksey Sinitsin deyib.
Onun sözlərinə görə, son bir neçə il ərzində Azərbaycan İsraildən müxtəlif silahlar əldə edib: “Bura yanğınsöndürmə vasitələri, döyüş aviasiyası, hava hücumundan müdafiə kompleksləri daxildir.
Düşünürəm ki, Azərbaycan ordusu elektron avadanlıqlar, kəşfiyyat, müşahidə, kommunikasiya - ümumilikdə yüksək texnologiyalı hərbi vasitələrlə gücləndirməkdə maraqlıdır”.

Tehsil-press.az

Oxşar xəbərlər