Çinin dünyaya göndərdiyi 135 milyon turistin bir neçə faizi Azərbaycana gəlsə...

Çinin dünyaya göndərdiyi 135 milyon turistin bir neçə faizi Azərbaycana gəlsə... Azərbaycan Çindən gələn turistlərin sayının artırılması üçün aktiv fəaliyyət göstərməyə başlayıb.
Bunu Təhsil-press.az-a Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətinin katibi Kənan Quluzadə deyib.
K.Quluzadə qeyd edib ki, bu yaxınlarda çinli blogerlər Azərbaycanda səfərdə olublar:
"Çinlilərin Azərbaycana daha çox gəlməsi üçün artıq Çin istiqamətində aktiv işlərə başlamışıq. Ötən il Çin dünyaya 135 milyon turist göndərib. Onun bir neçə faizi Azərbaycana gəlsə, bizdə turistlərin sayında çox böyük artımı olar".
K.Quluzadə əlavə edib ki, İsraildən gələn turistlərin sayını artırmaq üçün işlər aparırlar.
Onun sözlərinə görə, yaxın günlərdə - oktyabrın əvvəllərində İsraildən Azərbaycana blogerlər gətirəcəklər. Məqsəd turizm sahəsinə İsrail istiqamətini cəlb etməkdir.

Təhsil-press.az

Oxşar xəbərlər