
Sonra qonaq müxtəlif naviqasiya və maşın şöbəsi simulyatorları, gəmi energetik qurğuları laboratoriyası, ADDA-nın tarix muzeyi ilə tanış olub. Akademiyanın müəllimləri maşın, mexanizm və simulyatorların iş prinsipləri haqqında ətraflı məlumat veriblər. Mohammad Adil Embarş tədris prosesi ilə maraqlanaraq, tələbələrlə söhbət edib.
Sonda səfir maraqlı görüş üçün təşəkkürünü bildirib, Akademiyadan xoş təəssüratla ayrıldığını söyləyib.
Qeyd edək ki, cari lin əvvəlində Azərbaycan Dövlət Dəniz Akademiyası ilə Mərakeş Ali Dəniz Araşdırmaları İnstitutu arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Sənədə Dəniz Akademiyasının rektoru Çingiz Əliyev və Mərakeş səfiri Mohammad Adil Embarş imza atıblar. 5 illik müddətə imzalanan Niyyət Protokolu dənizçilik sahəsində təlim və tədqiqatlarla bağlı akademik əlaqələrin qurulmasını, tərəflər arasında mədəni, elmi və təhsil mübadiləsinin yaradılmasını və genişləndirilməsini, ümumi layihələrin və birgə proqramların həyata keçirilməsini nəzərdə tutur.
ADDA-nın Mətbuat Xidməti