Qondarma respublikanın rəhbəri belə ölüb - Partlayış anının videosu

Qondarma respublikanın rəhbəri belə ölüb - Partlayış anının videosu Xəbər verdiyimiz kimi, bu il avqustun 31-də Ukraynada qondarma Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenko “Separ” restoranında törədilmiş partlayış zamanı ölüb.
“Rossiya-1” telekanalının “Youtube” kanalında 42 yaşlı Zaxarçenkonun ölümündən bir neçə dəqiqə öncənin görüntüləri yayılıb.
Qeyd olunur ki, A. Zaxarçenkonun korteci restoranın qarşısında dayandıqdan sonra mühafizəçilərdən biri restorana daxil olaraq oranı yoxlayır. Daha sonra Zaxarçenko qadın mühafizəçi ilə məkana girir və bu zaman partlayış baş verir.
Görüntünü təqdim edirik:



Tehsil-press.az

Oxşar xəbərlər