Azərbaycanın Özbəkistandakı səfirliyi və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə paytaxtda respublikamızın GRBS Peşəkar Təhsil və İmtahan Mərkəzinin açılışı olub.
Ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev bu münasibətlə iştirakçıları təbrik edib, Daşkənddə Azərbaycan Təhsil və İmtahan Mərkəzinin açılmasını təqdirəlayiq hal adlandırıb. Səfir deyib ki, Azərbaycandan kənarda milli təhsil mərkəzinin əsasını qoyan belə bir elmi qurumun yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə üst-üstə düşür.
Qurumun rəhbəri Bəhram Qurbanov Mərkəz haqqında məlumat verib. O, ölkədən kənarda bu cür Mərkəzin yaradılmasının Azərbaycan tarixində ilk hadisə olduğunu vurğulayıb. B.Qurbanov Təhsil Mərkəzinin Özbəkistanda gələcək fəaliyyəti və planlarından danışıb, milli mədəniyyətimizin təbliği istiqamətində bu qurumun böyük rolu olacağını söyləyib. Diqqətə çatdırıb ki, Azərbaycanın GRBS Peşəkar Təhsil və İmtahan Mərkəzi Daşkənd şəhərinin mərkəzində yeni binada məskunlaşıb. Müasir avadanlıq və texnologiyalarla təmin olunmuş Mərkəzdə yaşadığımız dövrün aktual sahələrinə dair hazırlıq kursları fəaliyyət göstərəcək. Təşkilatın fəaliyyət dairəsinə mühasibat uçotu, layihələrin idarə olunması, əməyin mühafizəsi və iş yerlərində təhlükəsizlik, informasiya texnologiyaları, müxtəlif fənlər və istiqamətlər üzrə 300-dən çox peşəkar treninqlər, xarici dil kursları, PEARSON, TOEFL, İELTS, GMAT, GRE, SAT və digər sahələrdə məşğələlər daxildir.
B.Qurbanov Mərkəzdə Azərbaycan və Özbəkistan dostluğu, əməkdaşlığı, habelə türk xalqlarının tarixi və mədəniyyətinə dair müsabiqələrin və layihələrin reallaşdırılacağını da qeyd edib.
Açılış mərasimində səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.
Tehsil-press.az