
Beynəlmiləl Mədəniyyət Mərkəzinin sədr müavini Sergey Mironov Novruz bayramının tarixindən söhbət açıb, bu əziz bayramın Özbəkistanda yaşayan 130-dan artıq xalqın və millətin bayramı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsü və bir sıra digər dövlətlərin dəstəyi ilə 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası martın 21-nin Beynəlxalq Novruz Günü kimi tanınması ilə əlaqədar sənəd qəbul edib.
Sonra müxtəlif xalqların mahnı və rəqslərindən ibarət geniş konsert olub. AMM-nin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” uşaq rəqs ansamblı bir-birindən gözəl milli rəqslərimizi ifa edib.
Novruz şənlikləri mədəniyyət mərkəzləri üçün ayrılmış guşələrdə davam etdirilib.
Azərbaycan guşəsinə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatlar, ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı kitablar, həmçinin milli musiqi alətləri, suvenirlər nümayiş etdirilib. Azərbaycan guşəsinə gələnlər şəkərbura, paxlava, qoğal və digər Novruz şirniyyatlarına qonaq ediliblər.
Təhsil-press.az