Qüdrət Şükürovun yerinə təyinat - Əmr verildi

Qüdrət Şükürovun yerinə təyinat - Əmr verildi Bakı Lift Təmir İstehsalat Birliyinə yeni rəhbər təyin olunub.
Bakı şəhər icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Eldar Əzizov bu barədə əmr imzalayıb.
Həmin vəzifəyə Bakı ŞİH-in Şəhər təsərrüfatı departamentinin, sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Ələkbərov təyin olunub.
X. Ələkbərovun postuna isə Ayaz Hüseynov gətirilib. A. Hüseynov bu vaxta qədər SOCAR-da çalışıb. Bu gündən o vəzifəsinin icrasına başlayıb.
Əldə etdiyimiz xəbərdə o da bildirilir ki, E. Əzizov şəhər rəhbərliyində strateji vəzifələrə daha çox gənc mütəxəssisləri cəlb etmək niyyətindədir.

Tehsil-press.az

Oxşar xəbərlər