ADPU-nun əməkdaşları EQAC layihəsi çərçivəsində keçirilmiş görüşdə iştirak ediblər

ADPU-nun əməkdaşları EQAC layihəsi çərçivəsində keçirilmiş görüşdə iştirak ediblər Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşları 9-11 oktyabr 2018-ci il tarixlərində Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycan universitetlərində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) layihəsi çərçivəsində təşkil olunmuş növbəti görüşdə iştirak ediblər. Tədbirdə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, universitet üzrə layihənin meneceri, fizika elmləri üzrə fəlsəfə doktoru Lətif Kəngərlinski, Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov, Tədqiqat və inkişaf şöbəsinin mütəxəssisi Xəyyam Cəfərzadə və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Günay Məhərrəmova iştirak ediblər.
Avropa Komissiyası tərəfindən maliyyələşdirilən EQAC layihəsi çərçivəsində koordinator universitetdə keçirilmiş görüşün məqsədi Avropa ekpertləri tərəfindən layihənin Azərbaycan üzrə tərəfdaş olan ali məktəblərin hazırladıqları ehtiyacların qiymətləndirilməsi haqqında hesabatlarının təhlili, nəticələrin, universitetlərdə keyfiyyətin təminatı ilə bağlı cari vəziyyətin, yekun hesabatların hazırlanmasının və s. müzakirəsi olub.
Avropanın 5 universitetinin, o cümlədən İspaniyanın Alikante Universitetinin, İngiltərənin Middlesex Universitetinin, Litvanın SMK Tətbiqi Elmlər Universitetinin və EKT Akkreditasiya Təşkilatının, İsveçin Kral Texnologiya İnstitutunun (KTH) və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycanın 11 tərəfdaş universitetinin nümayəndələrinin iştirakı ilə layihə haqqında geniş məlumatlandırma günü də keçirilib. Tədbirdə EQAC layihəsi haqqında ətraflı məlumat verilib, həmçinin Avropa ekspertlərinin iştirakı ilə Azərbaycan ali təhsil müəssisələrinin Avropa Komissiyası tərəfindən maliyyələşdirilən qrant proqramlarında iştirakı ilə bağlı problemlər və onların həlli yolları müzakirə olunub, tövsiyələr verilib.
Görüş çərçivəsində Avropa universitetlərinin nümayəndələri Azərbaycan universitetlərinin nümayindələri ilə müsahibələr aparıblar. İspaniyanın Alikante Universitetinin keyfiyyət üzrə mütəxəssisi Denise Galvin tərəfindən verilən sualları ADPU-nun yuxarıda adları qeyd olunan əməkdaşları ilə yanaşı, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov, İqtisadi coğrafiya və cografiyanın tədrisi metodikası kafedrasının müəllimi Səmayə Həsənova, “Coğrafiya müəllimliyi” ixtisası üzrə məzun Nuranə Məmmədova və IV tədris ili tələbəsi Nərmin Hacılı cavablandırıblar. Suallar əsasən tələbələrlə iş, məmnuniyyətin artırılması istiqamətində görülən işlər, bu sahədə Keyfiyyətin təminatı şöbəsinin rolu, müştəri yönümlülük, bütün maraqlı tərəflərin prosesə cəlb olunması, Avropa ali təhsil məkanında keyfiyyətın təminatı ilə bağlı standartlar və qaydalara əsaslanmanın vacibliyi və s. kimi mövzuları əhatə edib.
Görüşdə yaxın aylarda layihə üzrə həyata keçiriləcək fəaliyyət, xarici səfərlər, ali məktəblərin görəcəkləri işlərlə bağlı söhbət aparılıb. Bununla yanaşı, Avropa ali təhsil məkanında keyfiyyətin təminatı üzrə standartlar və təlimatlara (ESG) əsaslanan tapşırıqlar verilib, qruplarla iş aparılıb, müvafiq bəndlər üzrə hazırlanmış təqdimatlar birgə müzakirə olunub.
Təbirin sonunda 25-28 iyun 2018-ci il tarixlərində Bakı Biznes Universitetində Litva EKT Akkreditasiya təşkilatının iki eksperti tərəfindən “Ali məktəblərdə Keyfiyyətin Təminatı Sisteminin yaradılması və inkişaf edtirilməsi” mövzusunda keçirilmiş 32 akademik saatlıq beynəlxalq təlimdə uğurlu iştiraka görə müvafiq sertifikatlar təqdim edilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


Oxşar xəbərlər