Tədbirdə çıxış edən Finlandiya və Estoniyadan olan təhsil ekspertləri Azərbaycanın ali təhsil sahəsində keyfiyyətcə yeni bir mərhələnin başlandığını və bu layihənin ali təhsilin keyfiyyətin yüksəldilməsinə səmərəli təsir edəcəyini bildirərək layihə iştirakçılarına uğurlar arzulayıblar.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru, professor Malik Cəbrayılov, Elmi işləri üzrə prorektoru, professor Asəf Zamanov, Tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, Ümumi işlər üzrə prorektoru Əbdul Xalıqov “Twinning” layihəsi çərçivəsində həyata keçirilən seminarlar, təlimlər, özünütəhlil prosesinə maraqlı qurumların nümayəndələrinin cəlb olunması, onların fikir və təkliflərinin nəzərə alınması, birgə keçirilən tədbirlər, eləcə də professor-müəllim heyətinin bilik, səriştə və bacarıqlarının yüksəldilməsi, yeni təlim texnologiyalarına yiyələnmiş professor-müəllim heyətinin işə cəlb edilməsi, universitetdə tədrislə elmi fəaliyyətin vəhdətinə diqqət yetirilməsi, universitetin təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməsi, müasir infrastrukturun qurulması, idarəetmənin optimallaşdırılması, kitabxanaların, Dissertasiya Şurasının fəaliyyətinin gücləndirilməsi, dövri elmi nəşrlərin təkmilləşdirilməsi, ixtisasartırmanın keyfiyyətli təşkili, büdcə vəsaitindən və intellektual resurslardan səmərəli istifadə, diferensial əməkhaqqı, universitetə yüksək biliyə malik gənclərin cəlb edilməsi, təhsilin beynəlmiləşdirilməsi, universitetin beynəlxalq əlaqələri, yerli və beynəlxalq layihələrdə iştirak, tədris-təlim prosesində dəyişikliklərə nail olmağın yolları ilə bağlı görülən işlər, həmçinin ADPU-da humanist pedaqogika üzrə keçirilən konfrans barədə məlumat veriblər.
ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi