Ermənistanda baş nazir seçkisi başladı

Ermənistanda baş nazir seçkisi başladı Ermənistanda baş nazirin seçilməsi üzrə parlament iclası keçirilir.
“Çıxış” blokunun parlament fraksiyası baş nazir vəzifəsinə öz namizədini irəli sürmüş tək siyasi gücdür.
Bu vəzifəyə baş nazir vəzifələrinin müvəqqəti icraçısı Nikol Paşinyan iddia edir. Bununla belə, o, növbədənkənar parlament seçkilərini keçirilməsinə nail olmaq üçün bu vəzifəyə seçilməyi arzulamır.
Qeyd edək ki, Nikol Paşinyan oktyabrın 16-da baş nazir vəzifəsindən istefa verib. Ötən gün “Çıxış” bloku onun namizədliyini baş nazirliyə təqdim edib. Qanunvericiliyə görə, baş nazirin istefasından sonra hər biri 7+1 gün olmaqla, iki dəfə yeni baş nazir seçilməzsə, parlament seçkisi elan edilməlidir.

Tehsil-press.az

Oxşar xəbərlər