Görüşlər zamanı ali təhsil və elmi tədqiqat sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Xüsusilə mühəndislik, texnologiya, tətbiqi elmlər və innovasiya istiqamətlərində birgə layihələrin həyata keçirilməsi, akademik mobillik proqramlarının genişləndirilməsi və ikili diplom imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda universitetlər arasında birgə tədqiqat təşəbbüslərinin irəli sürülməsi, elmi mərkəzlər və laboratoriyalar arasında əməkdaşlığın qurulması, eləcə də müəllim və tədqiqatçıların qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə edilib.
Səfər çərçivəsində universitetin maddi-texniki bazası, tədris və tədqiqat infrastrukturu ilə tanışlıq baş tutub.
Görüş Bakı Dövlət Universiteti ilə Satbayev Universiteti arasında davam edən əməkdaşlığın genişləndirilməsi üçün imkanların qiymətləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.
Tehsil-press.az





