Son 48 saat ərzində Polşanın iki F-15 qırıcısı Rusiyaya məxsus İl-20 təyyarəsinin Baltik dənizi üzərində uçması səbəbindən ikinci dəfə havaya qaldırılıb.Bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının məlumatında deyilir.
Bildirilib ki, 8 apreldə də analoji hadisə baş vermişdi.
Rusiya Müdafiə Nazirliyi isə hərbi təyyarələrinin bütün uçuşlarının beynəlxalq hava məkanı qaydalarına uyğun şəkildə həyata keçirildiyini açıqlayıb.
Tehsil-press.az








