Mərkəzi Bankın nümayəndələri AzMİU-da yenidən təlimlərə başlayıblar

Mərkəzi Bankın nümayəndələri AzMİU-da yenidən təlimlərə başlayıblar Azərbaycan Mərkəzi Bankının Resurslar və Maarifləndirmə Xidməti Tədqiqatlar və İnkişaf Mərkəzi Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Maliyyə savadlılığı” layihəsi çərçivəsində yenidən təlimlərə başlayıb.
Təlimlər universitetin xidmət sahələrinin iqtisadiyyatı və menecment və iqtisadi nəzəriyyə və marketinq kafedraları ilə birgə razılaşdırmaya müvafiq olaraq tikinti-iqtisad fakültəsinin tələbələri üçün keçirilir.
Təlimdən öncə xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrasının müdiri Məhəbbət Məmmədov çıxış edərək universitet ilə Mərkəzi Bank arasında əməkdaşlıq əlaqələrinin bir neçə ildir uğurla davam etdiyini bildirib. O, əməkdaşlıq çərçivəsində keçirilən seminarların, təlimlərin tələbələrə faydasından danışıb, yaradılan şərait üçün rektor, professor Gülçöhrə Məmmədovaya təşəkkürünü bildirib. M.Məmmədov universitetin iqtisadiyyat istiqamətində təhsil alan tələbələrinin ölkədə bank, pul-kredit, maliyyə və vergi sistemində həyata keçirilən mühüm işlər haqqında biliklərini artırmaq istiqamətində bu təlimlərin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.
Fakültənin dekanı Rahad Qəribov təlimlərin gənclərə karyera qurmaq və gələcəkdə bank sektorunda dəstək olacağını vurğulayıb, onları iki gün davam edəcək təlimlərdə fəal olmağa səsləyib.
Təlimin ilk günü Mərkəzi Bankın iqtisadi maarifləndirmə şöbəsinin böyük mütəxəssisi Rövşən Qəniyevin “Bank sistemi və bank əməliyyatları”, həmin şöbənin aparıcı mütəxəssisi Lamiyə Qaralovanın “Nağdsız ödənişlər” mövzularında məruzələri dinlənilib. Diskussiya şəraitində keçən təlimdə tələbələri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb, məruzələr ətrafında fikir mübadiləsi aparılıb.
Təlimin sonunda tələbələrə Mərkəzi Bank tərəfindən sertifikatlar təqdim olunacaq. Seçilən tələbələrin Mərkəzi Banka ekskursiyası təşkil olunacaq və onlar bankın müvafiq şöbələrinin iş prinsipi ilə yaxından tanış olacaqlar.

AzMİU-nun Mətbuat Xidməti


Mərkəzi Bankın nümayəndələri AzMİU-da yenidən təlimlərə başlayıblarMərkəzi Bankın nümayəndələri AzMİU-da yenidən təlimlərə başlayıblarMərkəzi Bankın nümayəndələri AzMİU-da yenidən təlimlərə başlayıblar

Oxşar xəbərlər