Restoranda kütləvi zəhərlənmə oldu - Yenilənib

Restoranda kütləvi zəhərlənmə oldu - Yenilənib Şirvanda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Hadisə ötən gün şəhər ərazisində fəaliyyət göstərən "Pizza Time" restoranında baş verib.

Belə ki, həmin iaşə obyektində qidalanan altı nəfərin göbələkdən zəhərlənmə səbəbi ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, onların vəziyyəti nəzarət altındadır.

Təfərrüatla bağlı aidiyyəti üzrə sorğu verilib.

***

Şirvan şəhərində qidadan zəhərlənən şəxslərin son vəziyyəti məlum olub.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, aprelin 7-də saat 16:00-da zəhərlənmə şübhəsi ilə beş nəfər (qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub. Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda vuğulanır.

Tehsil-press.az

Oxşar xəbərlər