
Hadisə nəticəsində gəminin göyərtəsində olan heyət üzvlərindən ikisi yaralanıb.
Ukrayna prezidenti Petro Poroşenko baş vermiş hadisədən sonra təcili Hərbi Kabineti toplayıb. Bu barədə prezidentin mətbuat katibi Svyatoslav Tseqolko bildirib.
***
“112 Ukraina” telekanalı Ukrayna Prezident Administrasiyasına istinadən xəbər verir ki, Petro Poroşenko Xarici İşlər Nazirliyinə “G7” (Böyük 7-lik) liderlərini və BMT-nin Təhlükəsizlik Şurasını məlumatlandırmağı tapşırıb.
PA-nın bəyanatında bildirilir ki, Rusiyanın bu hərəkətinə beynəlxalq ictimaiyyət tərəfindən kəskin cavab verilməli, bu ölkəyə qarşı sanksiyalar tətbiq edilməlidir.
Tehsil-press.az