Macarıstanda ali təhsil üçün təqaüd proqramı elan olunub

Macarıstanda ali təhsil üçün təqaüd proqramı elan olunub 2019-2020-ci tədris ili üzrə Macarıstanda ali təhsil üçün təqaüd proqramı elan edilir.
Təqaüd proqramı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir.
Təqaüd proqramına sənəd qəbulu 2019-cu il yanvarın 15-dək aparılacaq.
Proqrama əsasən, tam bakalavriat və magistratura üzrə kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, turizm, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri, doktorantura təhsili üzrə istənilən maraq dairəsi çərçivəsində təqaüdlər təklif olunur.
Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Universitet yataqxanasında yaşayış, tibbi sığorta, aylıq təqaüd Macarıstan tərəfindən ödənilir.
Tələbələrin ilkin seçimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən aparıldıqdan sonra namizədlərin siyahısı yekun qərar verilməsi məqsədilə Macarıstan tərəfinə təqdim edilir.
Proqram çərçivəsində Macarıstan hər il 200 Azərbaycan vətəndaşı üçün təqaüd ayıracaq.

Kəmalə Rəhimli

Oxşar xəbərlər