İmtahana buraxılmayan şagirddən müəllimə qarşı DƏHŞƏTLİ ƏMƏL - Bu ölkədə

İmtahana buraxılmayan şagirddən müəllimə qarşı DƏHŞƏTLİ ƏMƏL - Bu ölkədə Rusiyanın Perm bölgəsində 17 yaşlı şagird Dobryanka şəhərindəki məktəbdə direktor müavini və müəllim işləyən Olesya Baqutaya bıçaqla hücum edib.

Bu barədə Perm diyarının qubernatoru Dmitri Maxonin məlumat verib.

Rəsmi şəxs bildirib ki, qadın müəllim ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Maxonin daha sonra onun xəstəxanada öldüyünü bildirib.

"SHOT" "Telegram" kanalının məlumatına görə, 17 yaşlı şagird ona kürəyindən və sinəsindən bir neçə bıçaq zərbəsi endirib. Qadın reanimasiyada ölüb.

"Mash" "Telegram" kanalının məlumatına görə, hücumun ilkin səbəbi şagirdin imtahanlara buraxılmaması olub.

Sinif yoldaşları ağır cinayət törədən məktəblinin qəribə davranışından dəfələrlə şikayət ediblər. Onun başını divara vurması və müəllimlərə söyüş söyməsi kimi hərəkətlərinin olduğu iddia edilir. 17 yaşı olmasına rəğmən doqquzuncu sinifdə oxuyan şagird polisdə qeydiyyatda olub və bir neçə dəfə saxlanılıbmış.

Məktəbli fəal şəkildə idmanla məşğul olub, lakin dərslərini yaxşı oxumayıb və fənlərdən birindən imtahanlara buraxılmayıb. Lakin buna baxmayaraq, o, heç vaxt məktəbdən xaric olunmayıb.

Müəllimi öldürməkdə təqsirləndirilən şagird saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.

Tehsil-press.az

Oxşar xəbərlər