Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsində “Azərbaycan dili: qarşıda duran vəzifələr və perspektivlər” mövzusunda elmi seminar keçirilib.
Tədbirdə fakültənin dekanı, dosent Elçin Məmmədov ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin ölkəmizdə uğurla həyata keçirdiyi dil siyasətindən, xüsusilə dövlət başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanının əhəmiyyətindən danışıb. Bildirilib ki, ana dilinə dövlət qayğısının artırılmasını nəzərdə tutan, dilçiliklə bağlı həm elmi, həm də tətbiqi araşdırmaların inkişaf etdirilməsi üçün geniş şərait yaradan bu Fərmanda Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin təsis edilməsi və yeni yaradılacaq qurumun Azərbaycan dilinin tətbiqinə nəzarəti, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarına riayət olunmasını təmin edəcəyi nəzərdə tutulur.
Sonra Dövlət Dil Komissiyasının üzvü, BDU-nun türkologiya kafedrasının professoru Elbrus Əzizov, Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Sənubər Abdullayeva, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Etibar Talıblı və başqaları ədəbi dil normalarının qorunmasının vacibliyindən söz açıblar.
Elmi seminar dövlət dilinin qorunması ilə bağlı irəli sürülən təşəbbüslərin müzakirəsi ilə yekunlaşıb.

BDU-nun Mətbuat Xidməti