AMEA-da Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyi qeyd olunacaq

AMEA-da Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyi qeyd olunacaq Dekabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, professor Tahir Salahovun anadan olmasının 90 illiyinə həsr edilən elmi sessiya keçiriləcək.
Akademiyanın Humanitar Elmlər Bölməsinin və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə “Tahir Salahovun yaradıcılığında roman mədəniyyəti ölkələri”, “Tahir Salahovun yaradıcılığında Rusiya mövzusu”, “Tahir Salahov: rəssam və zaman” mövzularında məruzələr dinləniləcək.

AMEA-nın Mətbuat Xidməti

Oxşar xəbərlər