Gimnastika üzrə gələcək dünya çempionatlarının tarixi Bakıda razılaşdırılıb

Gimnastika üzrə gələcək dünya çempionatlarının tarixi Bakıda razılaşdırılıb Bədii gimnastika üzrə 39-cu dünya çempionatı 2022-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Bu qərar FİG-in İcraiyyə komitəsinin 30 noyabr-1 dekabr tarixlərində Bakıda keçirilən iclasında qəbul edilib. Dünya çempionatı 2022-ci il 12-18 sentyabrda keçiriləcək.
Gənclər arasında idman gimnastikası üzrə dünya çempionatı 2019-cu il 27-30 iyunda Macarıstanın Dyor şəhərində, gənclər arasında bədii gimnastika üzrə dünya çempionatı isə gələn il 19-21 iyulda Moskvada keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər