Şahmat üzrə Respublika çempionatı başa çatıb

Şahmat üzrə Respublika çempionatı başa çatıb Quba rayon Uşaq-Gənclər Şahmat Məktəbində “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) şahmat üzrə Respublika çempionatının final mərhələsi başa çatıb.
Çempionat “Təhsil” RİM-in 2016-cı il üçün tədbirlər planına uyğun olaraq, Uşaq-Gənclər Şahmat məktəbləri, həmçinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat məktəbləri və Uşaq-Gənclər İdman məktəblərinin şahmat bölmələri arasında keçirilib.
Çempionatın keçirilməsində əsas məqsəd şəxsi birincilik yarışlarının nəticələrinə əsasən 2017-ci ildə “Məktəblilərin Dünya və Avropa çempionatı”nda iştirak edəcək şahmatçıları müəyyən etməkdən ibarət olub.
Çempionat “Məktəblilər arasında Dünya və Avropa çempionatı”nın yaş qruplarına müvafiq olaraq 6 yaş qrupu üzrə oğlan və qızlar arasında keçirilib. Final mərhələsində zona yarışlarında hər yaş qrupu üzrə I, II və III yerləri tutmuş oğlan və qız şahmatçıları iştirak edib.
Komanda hesabında I yeri Sumqayıt şəhər 3 saylı Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbi, II yeri Quba rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat məktəbi, III yeri isə Gəncə şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin komandaları tutublar.
Qaliblər “Təhsil” RİM-in kubok və diplomları ilə təltif edilib.

Şahmat üzrə Respublika çempionatı başa çatıbŞahmat üzrə Respublika çempionatı başa çatıbŞahmat üzrə Respublika çempionatı başa çatıbŞahmat üzrə Respublika çempionatı başa çatıbŞahmat üzrə Respublika çempionatı başa çatıb

Oxşar xəbərlər