Bolqarıstan əhalisinin 18 faizi özünü dindar hesab edir

Bolqarıstan əhalisinin 18 faizi özünü dindar hesab edir Bolqarıstanda əhalinin 18 faizi özünü dindar hesab edir.
ABŞ-ın “Pyu” araşdırma mərkəzinin məlumatına görə, bu nəticə ilə Bolqarıstan 36 Avropa ölkəsi arasında 18-ci yeri tutur. Reytinqdə 4 əsas amil nəzərə alınıb – gündəlik həyatda dinin əhəmiyyəti, dini xidmətlərdə iştirak, dua etmək və Allaha inam.
Avropada ən dindar insanlar rumınlardır. Bu ölkədə əhalinin 55 faizi özünü dindar görür. Sonrakı yerlərdə gürcülər (50 faiz) və yunanlar (49 faiz) gəlirlər. Qitədə ən az dindar olanlar isə estonlar (7 faiz), çexlər və danimarkalılardır (8 faiz).

Tehsil-press.az

Oxşar xəbərlər