Bulvarda qadın meyiti tapılıb

Bulvarda qadın meyiti tapılıb Dünən Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində dənizdə batdığı ehtimal olunan 1983-cü il təvəllüdlü Rüstəmova Dilrubə Xalid qızının axtarışları başa çatıb.
D.Rüstəmovanın meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qruplarının birgə əməliyyatı nəticəsində tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat başa çatıb.

Tehsil-press.az



Oxşar xəbərlər