Macarıstanda təqaüd proqramına ərizə qəbulu başa çatır

Macarıstanda təqaüd proqramına ərizə qəbulu başa çatır 2019-2020-ci tədris ili üzrə Macarıstanda ali təhsil üçün təqaüd proqramı elan edilib.
Təqaüd proqramı bu qurum ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir.
Təqaüd proqramına iddia edənlər yanvarın 15-dək Macarıstan tərəfinin https://apply.stipendiumhungaricum.hu/, yanvarın 20-dək isə Azərbaycan tərəfinin https://www.app.htp.edu.az/ müvafiq elektron ərizə sistemlərinə müraciətlərini tamamlamalı və təsdiq etməlidirlər.
Müvafiq xarici dil sertifikatını fevralın 5-dək əldə edəcək şəxslər də müraciətlərini eyni qaydada tamamlamalı və təsdiq etməlidirlər.
Proqrama əsasən, tam bakalavriat və magistratura üzrə kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, turizm, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri, doktorantura təhsili üzrə istənilən maraq dairəsi çərçivəsində təqaüdlər təklif olunur.
Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Universitet yataqxanasında yaşayış, tibbi sığorta, aylıq təqaüd Macarıstan tərəfindən ödənilir.
Macarıstan ali təhsil müəssisələrində kvota çərçivəsində təhsil alacaq tələbələrin ilkin seçimi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən aparıldıqdan sonra namizədlərin siyahısı yekun qərar verilməsi məqsədilə Macarıstan tərəfinə təqdim edilir.
Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub.
Hər iki elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın və müraciət etdikləri ali təhsil müəssisələrinin ümumi tələblərinə cavab verən namizədlər onlarla fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.
Təqaüd proqramına olan müraciət sayı və Təhsil Nazirliyinə edilən müraciətlər nəzərə alınaraq, müsahibə mərhələsinə buraxılmaq üçün tətbiq edilən seçim meyarlarında (texniki və digər sahələr üzrə ölkənin ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında toplanılmış bal tələbləri və xarici dil sertifikatı üzrə) bəzi dəyişikliklər edilib.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış olmaq mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər