Səfər Mehdiyev: Gömrük sistemində islahatlar tranzit dəhlizlərinin rəqabətqabiliyyətliliyi və səmərəliliyinin artırılmasına yönəlib

Səfər Mehdiyev: Gömrük sistemində islahatlar tranzit dəhlizlərinin rəqabətqabiliyyətliliyi və səmərəliliyinin artırılmasına yönəlib Azərbaycanda vergi siyasəti sahəsində həyata keçirilən və xüsusilə də kölgə iqtisadiyyatına qarşı yönəlmiş islahatlar müsbət nəticələrini verib və bu baxımdan ötən il Dövlət Gömrük Komitəsi (DGK) üçün uğurlu olub. Bunu DGK-nin sədri Səfər Mehdiyev deyib.
S.Mehdiyev bildirib ki, ötən ilin yekunlarına əsasən DGK dövlət büdcəsinə 3,434 milyard manat gömrük vergisi və rüsum daxil edib. Bu, proqnoz tapşırığını 1,004 milyard manat və ya 141 faiz üstələyir:
“Gömrük sistemində islahatlar 2019-cu ildə də davam edəcək və bu islahatlar Azərbaycan ərazisindən keçən tranzit dəhlizlərinin rəqabətqabiliyyətliliyi və səmərəliliyinin artırılmasına yönələcək”.
S.Mehdiyev əlavə edib ki, ötən il gömrükçülər 1,2 ton narkotik vasitə aşkar edib:
“Hazırda Komitə Ticarətin asanlaşdırılması mərkəzlərinin yaradılması üzərində işləyir. Bu mərkəzlər sərhəddə məhsul və nəqliyyat vasitələrinin operativ buraxılışı üçün əlverişli şərait yaradacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər