
“S3 Safety” MMC-nin ünvanına daxil olan yük nəqliyyat vasitəsinə baxış keçirdiyi üçün həmin şirkətin nümayəndəsi Rəhimov Rəşad İbrahim oğlundan 100 manat məbləğində qeyri-qanuni pul vəsaiti istəyib.
Rəhimov Rəşad İbrahim oğlu da ona qeyri-qanuni olaraq 100 manat məbləğində vəsaiti verib.
Xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Baş Gömrük Mühafizə Xidmətinin “Şimal” gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Ayaz Cəfərəliyev “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə əsasən gömrük orqanlarından xaric edilib.
A. Cəfərəliyev və R. Rəhimov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.
Tehsil-press.az