
Bu fikirlər İranın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda qeyd olunur.
Bildirilir ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk və çətin günlərində həmişə Azərbaycan dövləti və millətinin yanında olub, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyib və bu siyasətini dəyişməyəcək:
"Həmçinin düşünürük ki, Qarabağ münaqişəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət prinsipi əsasında və sülh danışıqları yolu ilə iki tərəf arasında həllini tapacaq.
İran İslam Respublikasının Azərbaycan Respublikası ilə dostluğu və qardaşlığı əbədidir və heç bir təxribat iki xalqın iradəsinə xələl yetirə bilməz”.
Qeyd edək ki, Paşinyan “Ararat” klubunda baş tutan görüşdə selfi çəkdirərək feysbuk hesabında paylaşıb. Fotoda diqqət çəkən məqam isə qondarma Dağlıq Qarabağın bayrağının üzərində “Qarabağ Ermənistanındır” şüarının yazılması olub.
Tehsil-press.az