
Qeyd edək ki, Anlaşma Memorandumu 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanıb. Həmçinin, dövlət başçısı "Azərbaycan Dəmir Yolları" QSC ilə İran İslam Respublikasının Dəmir Yolları arasında Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi barədə Müqaviləni təsdiq edib. Xatırladaq ki, Müqavilə 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanıb.
Bundan başqa, İlham Əliyev Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Fərman imzalayıb. Qeyd edək ki, Anlaşma Memorandumu 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanıb.
Azərbaycan Prezidenti həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Anlaşma Memorandumunu təsdiq edib.
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında baytarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Saziş həmçinin dövlət başçısının Fərmanı ilə təsdiqlənib.
Tehsil-press.az