Gürcüstanın Laqodexi rayonunda Azərbaycandilli yeni məktəb tikiləcək

Gürcüstanın Laqodexi rayonunda Azərbaycandilli yeni məktəb tikiləcək Gürcüstanın Laqodexi rayonunda azərbaycanlıların yaşadığı kəndlərdə bir sıra yeni infrastruktur layihələri həyata keçiriləcək.
Bunu jurnalistlərə müsahibəsində Gürcüstan parlamentinin deputatı Quram Maçaraşvili deyib.
Onun sözlərinə görə, Gürcüstan hökumətinin dəstəyi ilə Laqodexi rayonunun Qabal kəndində Azərbaycandilli yeni məktəb açılacaq.
Q.Maçaraşvili qeyd edib ki, yeni məktəb binasının inşası ilə yanaşı, hazırda Qabal kəndində fəaliyyət göstərən məktəbdə də təmir-bərpa işləri aparılacaq. “Bundan başqa, Qabal kəndində uşaq bağçasının inşası və digər infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlı planlar hazırlanır”, - deyə deputat bildirib.

Xətayi Əzizov

Oxşar xəbərlər