
Yarışdan əvvəl Tərbiyə işləri üzrə prorektor Aidə Qasımova iştirakçılara Heydər Əliyev və Müstəqil Azərbaycan Gəncliyi barədə ətraflı məlumat verib. Sonra yarış başlayıb.
Yarışda 6 fakültə iştirak edib. Finala Aqronomluq, Aqrobiznes və idarəetmə , Aqrar iqtisadiyyat fakültələrinin tələbələri çıxıb, 3 komanda arasındakı gərgin yarışmada Aqronomluq fakültəsinin komandası yüksək nəticə göstərərək birinci yerə layiq görülüb.
Komandanın kapitanı, Aqronomluq ixtisasının üçüncü kurs tələbələri Nərmin Verdiyeva, Nuridə Həsənova, Abubakar Çerciyev, ekologiya ixtisasının ikinci kurs tələbəsi Əfsəl Qazıyev, Aqronomluq ixtisasının ikinci kurs tələbəsi Orxan Muradzadə və Aqronomluq ixtisasının birinci kurs tələbəsi Orxan Məmmədov səsləndirilən sualları çox dəqiqlklə cavablandırıb.
ADAU-nın Mətbuat Xidməti
