ADAU-nun rektoru İbrahim Cəfərov Bolqarıstanda səfərdədir

ADAU-nun rektoru İbrahim Cəfərov Bolqarıstanda səfərdədir Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun Bolqarıstanın Plovdiv Universitetinə səfəri davam edir. Səfər çərçivəsində rektor müxtəlif tədbirlərdə iştirak edib, universitetlərarası əməkdaşlıq əlaqələrinin inkişafına dair müzakirələr aparıb.
Rektor İbrahim Cəfərov Plovdiv Aqrar Universitetinin rektoru professor doktor Xristina Yançeva və prorektoru ilə görüşüb, qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün real imkanları müzakirə edib. Həmçinin İbrahim Cəfərov “Bakı-qədimliyin və müasirliyin harmoniyası” Şəkil Sərgisinin rəsmi açılışına da qatılıb. Səfər proqramına Azərbaycan Respublikasının Sofyadakı səfiri Xanım Qurbanovanın universitet müəllimlərinin və tələbələrinin qarşısında ”Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlığın iqtisadi perspektivləri” mövzusunda çıxışı daxil idi və bu çıxış hər iki ölkə arasında hərtərəfli əlaqələrin mocud olduğunu göstərirdi.
İbrahim Cəfərov Davamlı Təhsil Mərkəzinin direktoru, keçmiş rektor və kənd təsərrüfatı naziri profesor Dimitar Grekov ilə görüşüb. Görüş zamanı bitkiçilik və bitki mühafizəsi sahəsində maraqlı fikirlər irəli sürülüb. Tələbələr üçün yeni tikilən praktiki təlim Mərkəzinə, bitki fiziologiyası tədqiqat laboratoriyasına, akkreditə olunan laboratoriya kompleksinə baxış olub və burada təhsil şəraiti, texniki imkanlar təqdim edilib.
ADAU-nun rektoru BASF, Syngenta, Summit Agro, Korteva /Bitki Qoruma Məhsulları Şirkətləri və Nick Electronics /Kənd Təsərrüfatı/ iştirakı ilə "Təhsili dəstəkləyən Aqrobiznes" Karyera İnkişaf Forumunun rəsmi açılışında da iştirak edib. Şirkətlər öz fəaliyyətləri barədə məlumat veriblər, həmçinin tələbələrə və məzunlara iş imkanlarını və təcrübə proqramlarını təqdim edilib.
Plovdiv Aqrar Universitetində yerləşən Kənd Təsərrüfatı və digər məhsullar üzrə 16 + 1 Elektron-Ticarət Təqdimat Mərkəzinə səfər, Kənd Təsərrüfatı, Qida və Meşə Nazirliyi nəzdində Çin, Mərkəzi və Şərqi Avropa ölkələri arasında Kənd Təsərrüfatı sahəsi üzrə əməkdaşlığın İnkişafı assosiasiyasının direktoru Vasil Gelev ilə görüş, Brestnik kəndində təcrübə sahələrinə baxış, Şərabçılıq Universitetinə səfər və universitetin şərab məhsullarının dequstasiyası da əlaqələrin inkişafı baxımından maraqlı olub.
Sabah isə rektor İbrahim Cəfərovun Ekologiya və Ətraf Mühitin Mühafizəsi tələbələrinin praktik təlim üçün Regional Təbiət Muzeyinə səfəri, Təhsil və Elm nazirinin müavini xanım Karina Anqelieva ilə, Kənd Təsərrüfatı Akademiyasının sədri professor doktor Vasil Nikolov ilə görüşü planlaşdırılıb.

ADAU-nun Mətbuat Xidməti


ADAU-nun rektoru İbrahim Cəfərov Bolqarıstanda səfərdədir
ADAU-nun rektoru İbrahim Cəfərov Bolqarıstanda səfərdədir
ADAU-nun rektoru İbrahim Cəfərov Bolqarıstanda səfərdədir
ADAU-nun rektoru İbrahim Cəfərov Bolqarıstanda səfərdədir
ADAU-nun rektoru İbrahim Cəfərov Bolqarıstanda səfərdədir
ADAU-nun rektoru İbrahim Cəfərov Bolqarıstanda səfərdədir

Oxşar xəbərlər