Azərbaycan Dövlət Aqrar Universitetində tələbərin "Orqanizm üçün zəruri maddələr" adlı elmi praktik konfransı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində tələbərin Azərbaycan Dövlət Aqrar Universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində Əczaçıların elmi tədqiqat klubunun təşkilatçılığı ilə “Orqanizm üçün zəruri olan maddələr” adlı elmi-praktiki konfrans keçirilib. Konfransda universitetin rektoru, AMEA-nın müxbir üzvü professor İbrahim Cəfərov, Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin rəhbərliyi və professor-müəllim heyəti, universitet Tələbə Elmi Cəmiyyətinin sədri Fərrux Rəhimov iştirak edib.
Tədbiri giriş sözü ilə klubun rəhbəri, Əczaçılıq ixtisasını 3-cü kurs tələbəsi Lumayət Mustafayeva açaraq tədbir iştirakçılarını salamlayıb, klubun fəaliyyəti haqqında məlumat verib. Deyib ki, Əczaçılıq Sənayesinin yeniliklərinin mənimsənilməsi və daha da təkmilləşdirərək realizə olunması məhz bu ixtisas üzrə təhsil alan tələbələrin tətbiqi bacarıqlarından rasional olaraq istifadə etməsindən asılıdır. Əczaçıların elmi-tədqiqat klubunun əsas missiyası əczaçılıq ixtisası üzrə təhsil alan tələbələri elmi-tədqiqat işlərinə cəlb olunmasını təmin etmək və bu istiqamətdə yeni addımlar atmaq üçün onlara dəstək olmaqdır.
Əczaçılıq ixtisası üzrə təhsil alan birinci kurs tələbləri lipiditlər, vitaminlər, karbohidratlar, zülallar, fermentlər və s. kimi insan orqanizminə lazımlı maddələr barəsində maraqlı məruzələrlə çıxış edib. Auditoriyanın böyük marağına səbəb olan çıxışlar sual-cavab və müzakirələr mövzunu bütün incəlikləri ilə auditoriyaya çatdırıb.
Sonda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edib, tələblərin məruzələri və tədbirin təşkilatçılığı ilə bağlı öz fikirlərini söyləyib, irad və tövsiyələrini çatdırıb. Rektor həmçinin universitetdə TEC-nin nəzdində fəaliyyət göstərən tələbə klubları barəsində də öz dəyərli tövsiyələrini bildirib.

Mətbuat və informasiya xidməti


Azərbaycan Dövlət Aqrar Universitetində tələbərin "Orqanizm üçün zəruri maddələr" adlı elmi praktik konfransı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində tələbərin "Orqanizm üçün zəruri maddələr" adlı elmi praktik konfransı keçirilib

Oxşar xəbərlər