Peşə Təhsil Mərkəzində mənəvi dəyərlərimiz təbliğ olunub

Peşə Təhsil Mərkəzində mənəvi dəyərlərimiz təbliğ olunub Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Mənəvi dəyərlərimizi qoruyaq” mövzusunda tədbir keçirilib.
Tədbir milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyini tələbələrə aşılamaq məqsədilə təşkil olunub.
Mərkəzin direktoru Azad Məmmədov tədbirin əhəmiyyətini vurğulayıb və milli-mənəvi dəyərlərimiz, cəmiyyətdə gənclərin rolu və digər məsələlər barədə tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, müasir gəncliyimiz Azərbaycan dövlətçiliyinin qorunması üçün dünyəvi əxlaqi dəyərlərə sahib olmalı və yüksək təhsil almaqla cəmiyyətimiz üçün faydalı şəxsiyyət kimi formalaşmalıdır.
Mərkəzin direktor müavini Camal Rəsulov çıxış edərək, belə qəbildən olan tədbirlərin gənclərimizin formalaşmasında ən vacib amillərdən olduğunu qeyd edib.
Tədbirdə narkomaniya, zərərli vərdişlərə qarşı, əxlaqi tərbiyə və sosial şəbəkələrdən istifadə ilə bağlı slaydlar və videoçarxlar nümayiş etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər