
Bakı Baş Polis İdarəsinin Narkotiklərə qarşı Mübarizə İdarəsinin rəisi, polis polkovniki Zaur Fətəliyev çıxışında qeyd edib ki, narkotik kimi zərərli vərdişlər gündəmi narahat edən problemlərdən başlıcasıdır. Polkovnik narkotik aludəçiləri, habelə bununla bağlı cinayət törədənlərə qarşı Bakı Baş Polis İdarəsinin lazımi tədbirlər gördüyünü diqqətə çatdırıb.
Suraxanı rayonu 33-cü polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasov narkomaniya ilə bağlı xəstəliklər və narkotiklə mübarizə etməyin yolları barədə məlumat verib. Narkomaniyanın cəmiyyətdə törətdiyi bəlalardan danışan Tuncay Abbasov gəncləri belə vərdişlərə qarşı mübarizədə fəal olmağa səsləyib. Problemin fiziki, maddi, dini və hüquqi cəhətdən mahiyyəti barədə tələbələri məlumatlandıran polkovnik-leytenant bu kimi vərdişlərin yaranmasının səbəbini narkomaniya ilə bağlı maarifləndirmənin kifayət qədər olmamasında və informasiya qıtlığında görüb.
Sonra narkomaniya ilə bağlı slayd nümayiş olunub, gənclərin çoxsaylı sualları cavablandırılıb.
BSU-nun Mətbuat xidməti



