Azərbaycan qadınları hər zaman yüksək mənəvi-əxlaqi xüsusiyyətləri ilə seçilirlər

Azərbaycan qadınları hər zaman yüksək mənəvi-əxlaqi xüsusiyyətləri ilə seçilirlər Martın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə universitetin xanım əməkdaş və tələbələri iştirak ediblər.
Tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev universitetin xanım əməkdaşlarını bayram münasibətilə təbrik edib, onlara cansağlığı, ailə xoşbəxtliyi, iş və şəxsi həyatlarında uğurlar arzulayıb.
Qadının cəmiyyətdə rolundan və fəaliyyətindən söz açan universitetin tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov 8 martın bayram kimi qeyd edilməsi tarixindən danışıb.
Universitetin xanım əməkdaşlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən rektor Mustafa Babanlı qadınların hüquq və azadlıqlarından söz açıb. Rektor Azərbaycan qadınlarının hər zaman müsbət dəyərləri, yüksək mənəvi-əxlaqi xüsusiyyətləri ilə seçildiyini vurğulayıb.
Daha sonra ADNSU-nun bir qrup qadın əməkdaşına bayram hədiyyələri təqdim edilib.

Hüseyn Şərifov


Azərbaycan qadınları hər zaman yüksək mənəvi-əxlaqi xüsusiyyətləri ilə seçilirlər
Azərbaycan qadınları hər zaman yüksək mənəvi-əxlaqi xüsusiyyətləri ilə seçilirlərAzərbaycan qadınları hər zaman yüksək mənəvi-əxlaqi xüsusiyyətləri ilə seçilirlər
Azərbaycan qadınları hər zaman yüksək mənəvi-əxlaqi xüsusiyyətləri ilə seçilirlər

Oxşar xəbərlər