Peşə Təhsil Mərkəzində “Nəsimi ili” çərçivəsində tədbir keçirilib

Peşə Təhsil Mərkəzində “Nəsimi ili” çərçivəsində tədbir keçirilib “Nəsimi ili” çərçivəsində mayın 22-də Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində dahi Azərbaycan şairinin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Mərkəzin tələbələri tərəfindən qəzəllər səsləndirilib, musiqili kompozisiyalar nümayiş olunub.

Tehsil-press.az

Oxşar xəbərlər