ADPU TGT İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Cahana Sığmayan Düha” adlı ədəbi-bədii tədbir keçirib

ADPU TGT İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Cahana Sığmayan Düha” adlı ədəbi-bədii tədbir keçirib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) böyük akt zalında ADPU-nun Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Seyid Əli İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi və 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsiylə bağlı “Cahana Sığmayan Düha” adlı ədəbi-bədii tədbir keçirilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov, prorektor, professor Fikrət Rzayev, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin dekanı, dosent Laçın Həsənova, ADPU TGT-nin sədri səlahiyyətlərini icra edən Nurlan Hüseynov və ADPU TGT İdarə Heyətinin üzvləri, həmçinin universitetin müəllim və tələbələri tədbirdə iştirak edib.
Tədbirdə ADPU-nun müxtəlif fakültələrinin istedadlı tələbələri dörd səhnədən ibarət kompazisiya formasında Nəsiminin fəlsəfi görüşləri, onun ustadı Nəimi və müridlərlə olan münasibətləri, dialoqları, eşq dünyası, Miranşah-Şəms-Nəsimi üçbucağında cərəyan edən hadisələr, Şəmsin Nəsimiyə olan saf sevgisi, şairin böyük fateh Əmir Teymurla görüşü misalında qılınc və qələmin mübarizədə, yoxsa həmrəylikdə olmalı olduğu, nəhayət cahil təfəkkürlü hakimlər tərəfindən bu insanlıq nəhənginin, kamil insan tərənnümçüsünün edam edilməsi canlandırılıb. Kompazisiyanın hazırlanmasında İsa Hüseynovun “Məşhər” romanı və “Nəsimi” filminin motivlərindən istifadə olunub.
Tələbələr tərəfindən dahi şairin şeirləri ifa edilib, o cümlədən II tədris ili tələbəsi Əlimurad Əliyev özü yazdığı “Nəsimi” şeirini kompazisiyanın kuliminasiya nöqtəsində səsləndirib. Tədbirdə qonaq qismində iştirak edən gənc xanəndə Taleh Orucov Nəsiminin müxtəlif qəzəllərini ifa edib.
Çıxış edən professor Fikrət Rzayev bildirib ki, müqəddəs bir amala həsr edilən bu layihənin unikallığı ondadır ki, o tamamilə tələbələrin öz məhsulu olub, ssenaridən, rejisorluğa, təşkilatçılığa, səhnə quruluşuna qədər hər bir şey sırf ADPU-nun TGT-sinin və istedadlı tələbələrinin uzun və gərgin, o cümlədən fədakar işinin nəticəsidir.
Sonda təşkilatçılar və səhnələrdə yer alan, şeirləri səsləndirən tələbələr ADPU TGT və universitet rəhbərliyi adından təşəkkürnamələrlə təltif edilib.
Qeyd edək ki, layihənin ideya müəllifi və ssenaristi IV tədris ili tələbəsi Orxan İbrahimov, layihə rəhbəri və icraçı III tədris ili tələbəsi, ADPU TGT-nin sədr müavini Taleh Mirzəyev, məşqlərə rəhbərlik edən II tədris ili tələbəsi, ADPU-nun Filologiya fakültəsinin TGT-nin sədr müavini Zərif Balıyevadır.
Baş rol olan Nəsimi obrazını isə III tədris ili tələbəsi, istedadlı musiqiçi və aktyorluq bacarığı olan Elşən Abbaszadə canlandırıb.

ADPU, Taleh MİRZƏYEV


ADPU TGT İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Cahana Sığmayan Düha” adlı ədəbi-bədii tədbir keçiribADPU TGT İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Cahana Sığmayan Düha” adlı ədəbi-bədii tədbir keçiribADPU TGT İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Cahana Sığmayan Düha” adlı ədəbi-bədii tədbir keçiribADPU TGT İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Cahana Sığmayan Düha” adlı ədəbi-bədii tədbir keçiribADPU TGT İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Cahana Sığmayan Düha” adlı ədəbi-bədii tədbir keçiribADPU TGT İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Cahana Sığmayan Düha” adlı ədəbi-bədii tədbir keçiribADPU TGT İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Cahana Sığmayan Düha” adlı ədəbi-bədii tədbir keçiribADPU TGT İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Cahana Sığmayan Düha” adlı ədəbi-bədii tədbir keçirib

Oxşar xəbərlər