AzTU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub

AzTU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub Aprelin 24-də Azərbaycan Texniki Universitetində (AzTU) dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub.
Tədbirdə çıxış edən prorektor İsa Xəlilov Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncamına əsasən ölkədə silsilə tədbirlərin keçirildiyini söyləyib.
Mütəfəkkir şairin həyat və yaradıcılığından danışan prorektor qeyd edib ki, Nəsimi özündən sonra zəngin irs qoyub, ədəbi məktəb yaradıb.
Digər çıxışlarda vurğulanıb ki, Nəsiminin yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələdir. Azərbaycan poeziyasının humanizm ideyaları və yeni məzmunla zənginləşməsində görkəmli şairin dəyərli xidmətləri olub.
Tədbir bədii proqramla davam edib.

AzTU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər