Prezidentin oğlu məşhur Türkiyə serialına çəkildi

Prezidentin oğlu məşhur Türkiyə serialına çəkildi Çeçenistan Prezidenti Ramzan Kadırovun kiçik oğlu Adam Türkiyənin məşhur serialı “Diriliş Ertuğrul”da rol alıb.
Bu barədə ölkənin Baş Nazir müavini Sultan Qarayev və Şali rayon bələdiyyəsinin rəhbəri Turpal-Əli İbrahimov instaqramda məlumat verib.
“Adam özünü bütün sahələrdə inkişaf etdirir. Belə ki, o, dərslərini yaxşı oxuyur, idmanla aktiv məşğul olur. Buna görə mükafatlar qazanıb. O, filmdə bütün bacarığını yaxşı şəkildə göstərib”, - deyə İbrahimov bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər