Məktəblilərin çantası daha ağır olmayacaq

Məktəblilərin çantası daha ağır olmayacaq Birinci sinif şagirdlərinin çantalarının ağırlığı 50% azaldılacaq. Bu barədə məlumatı "Ehtiyat dərsliklər" layihəsinin rəhbəri Zaur İsayev verib.
O bildirib ki, birinci sinif şagirdləri üçün nəzərdə tutulmuş ehtiyat dərsliklər birinci və ikinci yarımil üçün olmaqla iki hissəyə ayrılacaq.
Qeyd edək ki, ehtiyat dərslik komplektinə dərslik, iş dəftəri, metodik vəsait, valideyn bələdçisi daxildir. Layihənin həyata keçirilməsi 2019-2020 tədris ili üçün nəzərdə tutulub.

Günel Hacı


Oxşar xəbərlər